Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, bu gün qrup mərhələsinin sonuncu turuna start verilib.


İlk olaraq B qrupunda mübarizəyə yekun vurulub. İsveçrə Kanada ilə, Bosniya və Herseqovina isə Qətərlə qarşılaşıb.


İsveçrə Kanadanı 2:1 hesabıyla məğlub edib. Qalib komandanın qollarını Ruben Varqas (46) və Joan Manzambi (57) vurublar. Kanadanın heyətində isə Promis Akinpelu (76) təsəlli qoluna imza atıb.


Bosniya və Herseqovina isə Qətər millisinə qalib gəlib – 3:1. Bosniyalıların heyətində Kerim Alaybeqoviç (29), Sultan Əl-Brake (34-öz qapısına) və Ermin Mahmiç (80) fərqləniblər. Qətərin tək qolu isə Həsən Əl-Heydos (42) aktivinə yazılıb.


Beləliklə, İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada 4 xalla ikinci olub. Bosniya və Herseqovina da 4 xal toplamasına rəğmən, 3-cü yerlə kifayətlənib. Qətər yığması isə 1 xalla sonuncu yeri tutaraq mübarizəni dayandırıb.