Keyta əsas komandadan uzaqlaşdırıldı
- 2024-04-17 10:40
- 202
"Verder" futbolçusu Nabi Keytanı cəzalandırıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna qvineyalı yarımmüdafiəçinin Bundesliqanın 29-cu turunda "Bayer"lə oyuna çıxmaqdan imtina etməsi səbəb olub.
29 yaşlı futbolçu "Bayer"lə oyunun start heyətində yer almayacağını biləndən sonra meydana çıxmaq istəmədiyini bildirib və komandanı tərk edərək evə yollanıb.
Klub Keytanın mövsümün sonuna kimi əsas komandadan uzaqlaşdırıldığını açıqlayıb. Həmçinin, onun böyük məbləğdə cərimələndiyi bildirilib.
Ptən ilin yayında "Liverpul"dan "Verder"ə keçən Keyta bu mövsüm 5 oyunda meydana çıxıb.