“Kəpəz”in futbolçusu mükafatlandırıldı
- 15:30
- 32
“Kəpəz” bu gün Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Şamaxı” ilə qarşılaşır.
Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyundan əvvəl PFL (Peşəkar Futbol Liqası) dekabrın ən yaxşı qolunu vuran oyunçunu mükafatlandırıb.
Ənənəvi mükafat “Kəpəz”in yaponiyalı yarımmüdafiəçisi Ryonosuke Ohoriyə təqdim olunub. O, buna Premyer Liqanın 13-cü turunda “Qəbələ”ni məğlub (1:0) etdikləri oyunda vurduğu qolla nail olub. Mükafatı “Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.