"Kəpəz" daha bir futbolçu ilə yolları ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Müqaviləsi başa çatan qapıçı Məmməd Hüseynov komandanı tərk edib. 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qolkiper  ötən mövsüm Misli Premyer Liqasında 7 matçda meydana çıxıb.


Qeyd edək ki, yay fasiləsində müdafiəçi Rauf Hüseynli də "Kəpəz"dən ayrılıb.