"Kəpəz" Braziliya klubundan pulunu tələb edir
- 11:00
- 45
Qış fasiləsində Azərbaycanı tərk edən və daha sonra da qayıtmayacağını deyən "Kəpəz"in müdafiəçisi Cefferson Bentu Braziliyanın II liqasında mübarizə aparan "Avai" lə razılıq əldə edib.
Rekord.az xəbər verir ki "Kəpəz" bu məsələni boş buraxmaq fikirində deyil.
Çünki futbolçunun Gəncə təmsilçisi ilə 2 illiik müqaviləsi var. Odur ki "Kəpəz" Bentunun razılığa gələcəyi klubdan təzminatını tələb edəcək. İstədiyini almasa isə FİFA-ya üz tutacaq.