"Qəbələ"nin 38 yaşlı futbolçusu Asif Məmmədov növbəti mövsüm də futbol oynamaq istəyir.

Lakin Rekord.az xəbər verir ki, onun bu istəyinin reallaşması iki amildən asılıdır.

Birincisi, "Qəbələ" Premyer Liqada saxlanılmalıdır. İkincisi, komanda elitada qalsa belə, baş məşqçi Kaxaber Sxadadze də Asifi sərəncamında görməkdə maraqlı olmalıdır. Əgər gürcü məşqçi Asifə ehtiyac duymasa, veteran futbolçu böyük ölçüdə karyerasını bitirəcək.