Bu gecə DÇ-2026-nın qrup mərhələsi çərçivəsində daha iki oyun keçirilib.


Rekord.az xəbər verir ki, F qrupunun ilk matçında Niderland Yaponiya ilə 2:2 hesablı heç-heçəyə razılaşmışdısa, digər görüş daha məhsuldar alınıb.


Belə ki, qrupun digər oyununda İsveç Tunisə darmadağınla qalib gəlib.


Almaniyanın qrup rəqiblərinin görüşündə Kot-d’İvuar önəmli üstünlük qazanıb. Ekvadorla qarşılaşan afrikalılar matçın son dəqiqəsində vurduğu qolla qrup ikincisi olmaq imkanlarını artırıb.


DÇ-2026


F qrupu


İsveç – Tunis 5:1

Qollar: Y.Ayari, 7; 90+6. A.İsak, 39. V.Qyökereş, 59. M.Svanberq, 84 – O.Rekik, 43.


E qrupu


Kot-d’İvuar – Ekvador 1:0

Qol: A. Bonni, 90.