DÇ-2026-nın qrup mərhələsində Tunisi məğlub edən İsveç güclü hücum xəttinə sahibdir.


Rekord.az xəbər verir ki, bunu Tunis yığmasının baş məşqçisi Sabri Lyamuşi oyundan sonra mətbuat konfransında deyib.


Mütəxəssis fərdi xətalara görə cəzalandırıldıqlarını söyləyib:


"Bu, çox böyük bir məğlubiyyətdir. Buraxılan qollara və fərdi səhvlərə nəzər salsaq, bu səviyyədə fərdi xətalar etdiyiniz zaman dərhal cəzalandırılırsınız. Fəsadlar göz qabağındadır. Rəqib çox güclü hücum xəttinə sahib idi və hər bir boşluqdan maksimum istifadə etdi. İndi dərhal bu oyundan dərslər çıxarmalıyıq. Qrupda hələ iki qarşılaşmamız var və mübarizəni davam etdirmək üçün bu səhvləri təcili şəkildə aradan qaldırmalıyıq".


Qeyd edək ki, F qrupunda keçirilən görüşdə Tunis millisi İsveçə 1:5 hesabı ilə məğlub olub.