Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, bu gün daha bir qrupda (H) mübarizə yekunlaşıb.


İspaniya Uruqvaya qalib gəlib. Qvadalxara stadionunda keçirilən matçda Avropa təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb. 42-ci dəqiqədə Aleks Baena fərqlənib.


Bu qələbə sayəsində İspaniya 7 xalla qrupunu lider tamamlayıb.


Digər oyunda Kabo Verde Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Hyuston stadionunda keçirilən matçda qapılara qol vurulmayıb - 0:0.


Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb. Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq.


Uruqvay və Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu iki yeri tutub və turnirlə vidalaşıblar.