“İntensivliyin aşağı düşməsinə imkan verməməliydik” – Byelsa
- 06:40
- 30
Uruqvay millisi Kabo Verde ilə matçda intensivliyin aşağı düşməsinə imkan verməməliydi.
Rekord.az xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Marselo Byelsa Kabo Verdeyə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis heç-heçə başa çatan görüşü şərh edib:
"Yaxşı müdafiə olunduğumuz vaxtlarda hesabda önə keçmək imkanı yarandı. Lakin oyuna nəzarəti itirdiyimiz anlarda rəqib üstünlüyü ələ keçirməyə başladı. Nəticəyə təsir edən əsas amil oyunun intensivliyinin aşağı düşməsi oldu və buna yol verməməliydik".
Qeyd edək ki, Uruqvay - Kabo Verde matçı 2:2 hesablı bərabərliklə başa çatıb.