Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, mundialın növbəti görüşündə İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəlib.


Dallas stadionunda keçirilən L qrupunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.


İngiltərə yığmasının heyətində Harri Keyn (12, 43-pen) dubl müəllifi olub. Digər iki qolu Cud Bellingem (47) və Markus Reşford (85) vurublar. Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.


Bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.