“İngiltərə fasiləyə yollanarkən artıq başa düşürdü ki, bizi məğlub edə bilmir”
- 04:31
- 31
İngiltərə yığması Qana ilə matçda fasiləyə yollanarkən rəqibini məğlub edə bilmədiyini başa düşüb.
Rekord.az xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Karluş Keyroş İngiltərə ilə DÇ-2026-nın qrup mərhələsinin II tur oyunundan sonra deyib.
Mütəxəssis bərabərə bitən matç sonrası komandası ilə qürur duyduğunu söyləyib:
"Əgər müdafiə olunmaq lazımdırsa, müdafiə olunmalısan. İlk məqsədimiz növbəti mərhələyə yüksəlmək idi ki, bunu da bacardıq. İlk hissədə İngiltərə yığmasını məyus vəziyyətdə saxlamağa çalışdırdıq. Fasilədən sonra da oyunun gedişi dəyişmədi. Harri Keyn İngiltərənin qapıya ilk dəqiq zərbəsini yalnız 59-cu dəqiqədə vurdu. Rəqib komanda fasiləyə yollanarkən artıq başa düşürdü ki, bizi məğlub edə bilmir".
O, heç-heçənin ədalətli nəticə olduğunu bildirib:
"İkinci hissədən etibarən matçda nəzarəti əlimizə aldıq. Qol da vura bilərdik, amma təəssüf ki, bunu bacarmadıq. Digər tərəfdən, İngiltərənin də qol vurmaq imkanı var idi. Buna görə də heç-heçə oyunun gedişinə görə ədalətli nəticədir".
Qeyd edək ki, İngiltərə - Qana oyununda hesab (0:0) açılmayıb.