Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun, İmişli Olimpiya İdman Kompleksinin və İmişli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin  birgə  təşkilatçılığı ilə "23 İyun - Beynəlxalq Olimpiya Günü" nə həsr olunmuş  açıq qapı günü keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, YAP-İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayon ictimayətinin nümayəndələri də iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və idman növlərinin tanıdılması olub. Açıq qapı günündə sərbəst güləş, cüdo,  boks, kikboksinq, voleybol, futbol,stolüstü tennis, bilyard bölmələrinin fəaliyyəti nümayiş etdirilib.Tədbirdə 180-ə yaxın idmançı iştirak edib. Açıq qapı günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.