II Liqa təmsilçisi 6 futbolçu ilə vidalaşdı, toplanışa start verdi
- 13:00
- 51
II Liqa təmsilçisi "Şəmkir" komandası II dövrənin hazırlıqlarına start verib.
Rekord.az xəbər verir ki, toplanış Rasim Əliyevin rəhbərliyi altında Şəmkirdə keçirilir.
Toplaniş zamanı komanda 2–3 yoldaşlıq oyununda gücünü sınayacaq, eyni zamanda, yeni gələn oyunçuları isə yoldaşlıq oyunları zamanı sınaqdan keçəcək.
Bu arada, "Şəmkir" altı futbolçu ilə də yollarını ayırıb. Bunlar Taleh Fərmanov, İlkin Əliyev, Cavidan Rəhimli, Məzahir Əhmədov, Akif Tağıyev və Ceyhun Rəcəblidir.