“Qarabağ”ın futbolçusu Marko Yankoviç “instaqram” hesabında paylaşım edib.

Rekord.az xəbər verir ki. monteneqrolu yarımmüdafiəçi paylaşımında olmaq istədiyi yerdə olduğunu qeyd edib:

“Mən heç kimlə yarışmıram və heç kim mənimlə yarışa bilməz. Öz həyatımı yaşayıram, öz ideyalarım, planlarım, arzularım və qərarlarım var. Nəzərdə tutduğum yerə getməmiş ola bilərəm, lakin olmaq istədiyim yerdəyəm. Hamımız çalışdığımız şeyi əldə edirik!”

“Qarabağ” Marko Yankoviçi mövsümün əvvəlində İsrailin “Hapoel” klubundan transfer edib. 27 yaşlı futbolçu “köhlən atlar”ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.