Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, bu gün daha bir qrupda (İ) mübarizəyə yekun vurulub.


Fransa Norveçi məğlub edib. Boston stadionunda baş tutan matçda fransızlar 4:1 hesablı qələbəyə seviniblər. Qalib komandanın qollarını Usman Dembele (7, 20, 32) və Dezire Due (90+4) vurublar. Norveçin heyətində isə Tele Osqor (21) fərqlənib.


Seneqal yığması da İraqa böyük hesabla qalib gəlib. Toronto stadionunda keçirilən oyunda Afrika təmsilçisi 5:0 hesablı qələbəyə sevinib. Qolları Habib Diarra (4), İsmaila Sarr (56), Pape Qeye (59, 71) və İliman Ndiayev (82) vurub.