Fərid Qayıbov Zoran Qayiçlə görüşdü
- 03 May 2026 23:59
- 30
Mayın 3-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ilə Serbiya Respublikasının idman naziri Zoran Qayiç arasında ikitərəfli görüş keçirilib.
Rekord.az xəbər verir ki, görüş Bakı-Belqrad birbaşa aviareyslərinin açılması çərçivəsində Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı baş tutub.
Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.