Fasilənin bitməsinə 5 gün qaldı
- 12:33
- 50
Premyer Liqada fasilənin bitməsinə 5 gün qalır.
- Çox dəxlisiz dövr oldu.
- Yoxlama görüşləri seriyası başa çatmaq üzrədir. Komandalar oynadıqlarını oynadılar, oynamaqdıqlarını da liqaya saxladılar. Gözlənildiyi kimi, transfer sayı minimum oldu, ciddi hərəkətlənmə, cəhdə şahidlik etmədik. Limit olmasa da, rüsumlar komandaları yoldan keçənləri heyətə doldurmaqdan çəkindirir. Onsuz da yetərincədirlər.
- Nədənsə, "Neftçi"nin toparlanacağına inamım artıb. Avrokubok zonasına məsafə yaxın olmasa da, uzaq da deyil. Vernidub "köhnə məktəb" məşqçilərdəndir, elə klub da köhnə dövrlə yaşayır. Bir-birilərini uyğundurlar. Üslub olaraq ukraynalının tətbiq etdiyi oyun "Neftçi" üçün yaxşıdır. Düzdür, hər dəfə "bu məşqçi düzəldəcək" deyirik, yazırıq, amma nəticə eyni olur. Ümid edək ki, heç olmasa bu dəfə düzələr. Çünki həqiqətən də "Neftçi"siz bu çempionat yüksək səviyyəyə qalxa bilməz.
- "Turan"ın Bakıya qayıdışı işin azarkeş tərəfi baxımından çox üzücüdür. Ancaq maraqlı bir məqam da var. Komanda öz tamaşaçısı qarşısında lazımi nəticəni əldə edə bilmir. Ötən il orada 3 ev oyunu keçiriblər, "Şamaxı"nı çətinliklə də olsa yeniblər, ardından "Neftçi"ylə bərabərə qalıb, "Sabah"a isə uduzublar. Belə çıxır ki, komanda Bakıda daha yaxşı nəticə qazanır. Dilemmadır.
- "Sabah" hücum xəttini gücləndirməsə, çempionluq haqda düşünməsin.
- Yuxarıdakı bənd prinsipcə "Qarabağ"a da aiddir.
- Hakimlərimiz də toplanışdadırlar. Yeni sədr Rəhim Həsənov və yetirmələrini çətin ikinci dövrə gözləyir. Antalyadakı hazırlığın referilərimizə müsbət təsir edəcəyinə ümid edirik. Bu yaz çempionat yetərincə gərgin keçəcək, mütləq ki, əsəblər gəriləcək. Hakimlərin buna həm fiziki, həm də psixoloji hazır olmaları lazımdır. Müzakirələrin futboldan kənara çıxması heç kimə xeyir gətirməyəcək.
- Havalar yenə soyuqdur. Bu virusu yayanlar da bir az nəfəs dərsinlər. Kiçikdən-böyüyə hamı xəstədir, xəstəxanalarda tərpənməyə yer qalmayıb. Aldığınız aldız, imkan verin camaat toparlansın.
- İran yenə də dağılmadı.