FİFA prezidenti Canni İnfantino dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına növbəti dəfə münasibət bildirib.

Rekord.az xəbər verir ki, bu ideyanın tənqidlə qarşılanmasına baxmayaraq, İnfantino hələ də onu dəstəkləyir.

O, ideyanın reallaşacağına inandığını bildirib:

“2026-cı ildən mundialda 48 komandanın iştirak edəcəyi dəqiqləşib. Amma turnirin iki ildən bir keçirilməsi ideyası müzakirə olunur.

İnanıram ki, belə turnirlər tez-tez keçirilməlidir. Turnirin prestiji onun tez-tez keçirilməsində yox, keyfiyyətindədir. Buna əla nümunə Çempionlar Liqasıdır. Hər il keçirilir, amma böyük maraq var.

Ona görə də dünya çempionatının tez-tez keçirilməsindən çəkinməyə dəyməz. Əsas keyfiyyətdir”.