Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, ötən gecə daha iki görüş baş tutub.


Bu oyunlar da bərabərliklə bitib. İspaniya və Belçikanın qələbə qazanmadığı turun digər iki matçında da maraqlı nəticələr qeydə alınıb.


Səudiyyə Ərəbistanı Uruqvayla görüşdə hesabı fasilə ərəfəsində açıb. Asiyalılar yalnız son dəqiqələrdə qələbəni əldən verib.


İran və Yeni Zelandiya millilərinn duelində isə 4 qol olub. İki dəfə hesabda geri düşən asiyalılar məğlubiyyətdən qaça bilib.


DÇ-2026


H qrupu


Səudiyyə Ərəbistanı – Uruqvay 1:1

Qollar: Əl Əmri, 41 – M.Arauxo, 80.



G qrupu

İran – Yeni Zelandiya 2:2

Qollar: R.Rezeyan, 32. M.Mohebi, 64 – E.Cast, 7; 54.