Dioqo Balau: "9 xal elə də böyük fərq deyil" - MÜSAHİBƏ
- 11:00
- 36
"Şamaxı"nın portuqaliyalı futbolçusu Dioqo Balau Rekord.az-a müsahibə verib:
- Ötən tur "Sumqayıt"ı səfərdə məğlub edib vacib 3 xal qazandınız...
- Bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. Çünki Şamaxıdakı oyunda son dəqiqələrdə qollar buraxaraq qələbəni əldən vermişdik. Bu dəfə yaxşı oynadıq və qələbə qazandıq.
- 4-cü pillədəki "Zirə" ilə xal fərqiniz 9-dur. Aradan götürülməsi mümkün olmayan xal fərqi deyil. Avrokubok şansı haqda düşünürsünüz?
- Bəli, 9 xal elə də böyük fərq deyil. Amma biz əsas olaraq oyundan oyuna köklənirik. Əgər bütün oyunları yüksək səviyyədə keçirsək, avrokuboklara şans əldə etməyimiz də mümkündür.
- Daha 1 illik müqavilən var, özünü Azərbaycanda necə hiss edirsən?
- "Şamaxı" klubunda özümü xoşbəxt hiss edirəm. Şamaxı şəhərinə gəlincə, kiçik şəhər olsa da, hər şey normaldı, heç bir problem yoxdur.
- Azərbaycanda yaşamaq necə hissdir?
- Gözəl hissdir, özümü bu ölkədə 100 faiz əla hiss edirəm.