ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına J qrupunun matçlarından sonra aydınlıq gəlib.


Bununla da turnirin 1/16 final mərhələsinin bütün cütləri rəsmən bəlli olub.


Pley-off mərhələsində aşağıdakı qarşılaşmalar keçiriləcək:


28 iyun


23:00. Cənubi Afrika Respublikası – Kanada


29 iyun


21:00. Braziliya – Yaponiya


30 iyun


00:30. Almaniya – Paraqvay


05:00. Niderland – Mərakeş


21:00. Fildişi Sahili – Norveç


1 iyul


01:00. Fransa – İsveç


05:00. Meksika – Ekvador


20:00. İngiltərə – Konqo Demokratik Respublikası


2 iyul


00:00. Belçika – Seneqal


04:00. ABŞ – Bosniya və Herseqovina


23:00. İspaniya – Avstriya


3 iyul


03:00. Portuqaliya – Xorvatiya


07:00. İsveçrə – Əlcəzair


22:00. Avstraliya – Misir


4 iyul


02:00. Argentina – Kabo Verde


05:30. Kolumbiya – Qana


Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı 19 iyul tarixində başa çatacaq. Pley-off mərhələsinə hər qrupdan ilk iki yeri tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da vəsiqə qazanıb.