Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda qurumun rəhbərliyi altında keçirilmiş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:


Region Liqasının “Marafon” İK - “Dirçəliş” FK oyununda “Dirçəliş”in futbolçusu Nurlan Dadaşov qarşılaşmanın 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.


U-16 Liqasının ASTA FK – “European Football Academy” oyununda ASTA-nın futbolçusu Elxan Rəhimov qarşılaşma bitdikdən sonra qeyri-etik ifadə və ya hərəkətə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.


U-14 Liqasının “Caspian” FA – “Metak” FK oyununda “Metak”ın baş məşqçisi Mehman Səfərov qarşılaşmanın 7-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.


U-13 Liqasının “Uğur” FK – “Metak” FK oyunu bitdikdən “Metak”ın baş məşqçisi Mehman Səfərov hakimi təhqir və təhdid etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.


U-13 Liqasında keçirilməli olan “Sumqayıt City” – “Nabran” (Xaçmaz) oyunu “Nabran” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Nabran”a 0:3 hesablı texniki məğlubiyyət verilib.