Çempionlar Liqasının "Sabah"ı olacaq! - şərh
- 25 Avq 2026 23:47
- 37
Çempionlar Liqasının "Sabah"ı olacaq!
FANTASTİKA! SADƏCƏ FANTASTİKA!
Azərbaycan çempionu, möhtəşəm "Sabah" ilk mərhələdən sona qədər gedərək inanılmazı gerçəkləşdirdi. Mümkünsüz idi, mümkünsüz. Amma oldu.
Gənc "Sabah", enerjili "Sabah", inadkar "Sabah", istəkli "Sabah" və nəhayət, güclü "Sabah" ÇL-də, NƏHƏNGLƏRİN LİQASINDA oynayacaq!
Tarixdir!
İnanılmazdır!
Bu qələbə üçün meydanda ölmək, ruhun, əzmin, döyüşkənliyin təntənəsinə çatmaq lazım idi. Lazım idi, oldu, etdilər! "Sabah" etdi.
Taktika, səhvlər, başqa bu kimi şeylər bu gün indinin mövzusu deyil. Hələ vaxt olacaq, danışacağıq. İndi qələbəni qeyd etmək vaxtıdır.
Fantastik qələbə!
Təbriklər, "Sabah"!
Oyunçular, məşqçilər, texniki işçilər, mətbuat, pr, klub rəhbərliyi, bir sözlə, bu böyük qələbədə əməyi olan hər kəs - təbriklər!
TƏBRİKLƏR VƏ TƏŞƏKKÜRLƏR!
THE OWLS FLEW OVER EUROPE!
BAYQUŞLARIN AVROPA ÜZƏRİNDƏKİ UÇUŞU BAŞLADI!
Gözlə, Avropa, gəlirik!