Bədii gimnastika üzrə Olimpiya çempiyonu Karolina Sevastyanova "Instagram"da səhifəsi olan kişilərə necə münasibət bəslədiyini açıqlayıb.

Rekord.az xəbər verir ki, 25 yaşlı rus idmançı təqibçilərindən birinin sualına belə cavab verib:

"Aktiv "Instagram" istifadəçisi olan oğlana gözümün ucuyla da baxmaram. Məncə, normal kişilərin "Instagram" səhifəsi olmamalıdı. Olsa belə, dostları və yaxınları üçün yaratdığı bağlı hesabdan istifadə etməlidi. Başqa versiyaları düzgün saymıram".