Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsi rəqəmlərin gözü ilə
- 02 Fev 2026 21:00
- 32
Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək.
Rekord.az xəbər verir ki, ilk oyunlar iki günü əhatə edəcək.
Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb.
Bizon Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar
4 fevral (çərşənbə)
“Sumqayıt” – “Zirə” – 2 oyun, +0=2-0, top fərqi 3-3
Hər iki görüş heç-heçə başa çatıb. Yeddi il əvvəlki yarımfinalın taleyini səfər qolları həll edib.
| 2018/19 | 1/2 final | Sumqayıt - Zirə (Bakı) | 0:0, 3:3 |
“Sabah” – “Qəbələ” – 4 oyun, +0=0-4, top fərqi 2-8
Komandaların yolları 3-cü dəfə - yenə 1/4 finalda kəsişir. Əvvəlki 4 oyunun hamısındaa “Qəbələ” qalib gəlib.
| 2018/19 | 1/4 final | Qəbələ - Sabah (Bakı) | 1:0, 1:0 |
| 2019/20 | 1/4 final | Qəbələ - Sabah (Bakı) | 3:0, 3:2 |
5 fevral (cümə axşamı)
“Şamaxı” – “Qarabağ” – 13 oyun, +2=2-9, top fərqi 7-22
“Qarabağ” son 4 oyunda qələbə qazanıb. Ağdam klubu son 9 matçda qol sevinci yaşayıb.
| 2004/05 | 1/8 final | Qarabağ (Ağdam) - İnter (Bakı) | 1:0, 0:2 |
| 2007/08 | 1/4 final | Qarabağ (Ağdam) - İnter (Bakı) | 2:2, 0:1 |
| 2008/09 | final | İnter (Bakı) - Qarabağ (Ağdam) | 0:1 |
| 2015/16 | 1/2 final | İnter (Bakı) - Qarabağ (Ağdam) | 0:4, 0:1 |
| 2018/19 | 1/4 final | Qarabağ (Ağdam) - Keşlə | 1:0, 1:1 |
| 2019/20 | 1/4 final | Qarabağ (Ağdam) - Keşlə (Bakı) | 1:0, 3:1 |
| 2021/22 | 1/4 final | Qarabağ (Ağdam) - Keşlə (Bakı) | 1:0, 6:0 |
“Turan Tovuz” – “Kəpəz” – 2 oyun, +1=1-0, top fərqi 4-3
Hər iki qarşılaşmada tərəflərin ikisi də qol vurub. Yeganə qələbə Tovuz təmsilçisinin hesabındadır.
| 2022/23 | 1/4 final | Kəpəz (Gəncə) - Turan Tovuz | 1:2, 2:2 |