Beyləqanda sərbəst güləş üzrə rayon turniri keçirilib
- 07:30
- 30
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Beyləqan Olimpiya İdman Kompleksinin dəstəyi ilə, "23 İyun - Beynəlxalq Olimpiya Günü"nə həsr olunmuş yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon turniri Beyləqan Olimpiya İdman Kompleksində baş tutub.
Rekord.az xəbər verir ki, yarışın məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək, sağlam həyat tərzi və bədən tərbiyəsinin təbliğinə nail olmaq, idmana marağı artırmaq və sərbəst güləş idman növünün inkişaf etdirilərək kütləviləşməsini təmin etməkdir.
Turnirin yekununda müvafiq yerləri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.