“Belə matçlarda oyunu ələ almaq heç də asan olmur” – Qurbanov
- 21:40
- 43
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
“Çox vacib oyun, vacib qabiliyyət idi. Yorğunluq hiss olunurdu, lakin futbolçularımız yaxşı performans göstərdilər. Azarleşlərimiz böyük motivasiya verdi, təşəkkür edirəm.
“Turan Tovuz” özünəxas oyunu olan komandadır. Belə matçlarda oyunu ələ almaq heç də asan olmur. Futbolçularıma bu oyuna hazır olmalarını bildirmişdim. Ən böyük qorxum zədədir.
Dünən məşqdə də oyunçuların ümumi vəziyyətinə baxdıq və qərar verdik ki, pley-off mərhələsindən çıxmalıyıq”.
Baş məşqçi, eyni zamanda, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşma haqda da fikir bildirib:
“İngiltərə sanki başqa bir futbol aləmidir. Mənə görə İngiltərə Premyer Liqası digər liqaları üstələyir. Sanki başqa aləmdir. Orada elə bir vəziyyət yaranır ki, onlar oyunun sonunda azarkeşlər üçün oynayırlar. Daha çox qol vurmaq istəyirlər.
Transfer var, Bakıya gəlməlidir. Hansı xəttdə oyunçu lazım olarsa, onu doldurmalıyıq. Lakin bizdə boş yer yoxdur, yalnız kimisə çıxartmalıyam”.