Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, bu gün daha bir qrupda (G) mübarizə yekunlaşıb.


Belçika yığması Yeni Zelandiyanı məğlub edib. "BC Place" stadionunda baş tutan matçda avropalılar 5:1 hesablı qələbəyə seviniblər. Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.


Bu məğlubiyyətin ardından Yeni Zelandiya mundialla vidalaşıb.


Digər oyunda Misir İranla qarşılaşıb. Sietl stadionunda keçirilən matçda bərabərlik qeydə alınıb – 1:1. Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.


Bu nəticənin ardından qrupdakı xallarının sayını 5-ə çatdıran Afrika təmsilçisi tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Komandanın bu raunddakı rəqibi Avstraliya seçməsi olacaq. Belçika 5 xalla qrup lideri, İran isə 3 xalla üçüncü olub.