Futbol üzrə dünya çempionatında Belçika İranla qarşılaşıb.


Rekord.az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən G qrupunun 2-ci turunun matçında hesab açılmayıb - 0:0.


Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurublar. Natan Nqoy 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.


Bu qrupun digər oyununda saat 05:00-da Yeni Zelandiya Misir ilə qarşılaşacaq.