Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, komandalar rəqiblərini qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra tanıyıblar.


Sabah keçiriləcək 1/8 finalda Azərbaycan son dünya çempionu Rumıniya ilə qarşılaşacaq.


Dünya çempionatı

1/8 final


İngiltərə - Bolqarıstan

Portuqaliya - Macarıstan

Azərbaycan - Rumıniya

Fransa - Mavritaniya

Monteneqro - Polşa

Bosniya və Herseqovina - Tailand

Çexiya - İsrail

Serbiya - Gürcüstan


Mundiala iyunun 1-də yekun vurulacaq.