"Eurosport" və "Euronews" telekanallarında mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına həsr olunmuş təqdimat videoçarxının nümayişinə başlanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.


Videoçarxda yarış haqqında qısa məlumat, onun mərhələləri, yarış iştirakçılarının keçəcəyi ərazilər əksini tapır.


Xatırladırıq ki, 1 Dünya Turu komandası, 4 Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığması Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yüksək səviyyəli, 2.1 kateqoriyalı bu yarışda iştirakını təsdiqləyib.


5 mərhələdən ibarət olan Bakı-Xankəndi Azəraycan Velosiped Yarışının mərhələləri:


I mərhələ, 10.05.2026


Yarış iştirakçıları "Sea Breeze Resort"da start götürərək Bakı şəhərinin görməli yerlərindən keçəcək və Sumqayıtda finişə çatacaqlar (158,4 km)


II mərhələ, 11.05.2026


Bakı – Şamaxı – İsmayıllı (193,3 km)


III mərhələ, 12.05.2026


Qəbələ – Oğuz – Şəki – Mingəçevir (162,9 km)


IV mərhələ, 13.05.2026


Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,8 km)


V mərhələ, 14.05.2026


Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,5 km)