Çövkən üzrə Azərbaycan yığma komandası dünya çempionatına hazırlıq məqsədi ilə təlim-məşq toplaşına başlayır.


Rekord.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə toplanışın birinci mərhələsi 5-20 may tarixlərini əhatə edəcək.


Bu mərhələdə bərabərlik prinsipinə uyğun olaraq Peşəkar Çövkən Liqasında iştirak edən komandaların hərəsi ən güclü 2 idmançısını yığmanın baş məşqçisi Əli Tatlıyevin ixtiyarına göndərib. Bu isə yığmanın qapılarının bütün komanda və idmançıların üzünə açıq olması, onlar üçün şans deməkdir. Toplanışın gedişi zamanı özünü doğrultmağı bacarmayan idmançılar başqaları ilə əvəzlənəcək. May ayının 20-də təlim-məşq toplanışının birinci mərhələsi yekunlaşacaq. Baş məşqçi 20 nəfərlik heyətdən ən güclü 10 nəfəri təsdiqləyib onlarla dünya çempionatına hazırlaşacaq. Azərbaycanın idman şərəfini yarışlarda məhz həmin 10 çövkən ustası qoruyacaq.