Azərbaycan taekvondoçularından Avropa birinciliyini 5 medal
- 11 Noy 2024 19:40
- 127
Azərbaycanın kiçik yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyini 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Rekord.az xəbər verir ki, yığma üzvlərindən Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Şahin Abdullayevlə (48 kq) Aliyə Məmmədli (+57 kq) gümüş, Yusif Zeynallı (52 kq) isə bürünc medal əldə edib.