Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışında
- 21:30
- 26
Atletika üzrə Azərbaycan millisinin üzvlərinin növbəti qrupu qış mövsümündə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə Göygöl şəhərində təlim-məşq toplanışına başlayıb.
Bu barədə Rekord.az-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
Hazırlıq prosesi çərçivəsində idmançılar qarşıdakı beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq, fiziki, texniki və funksional hazırlıqlarını daha da təkmilləşdirmək məqsədilə intensiv məşqlər keçirlər.