Olimpiadanın ikiqat bürünc medalçısı və dördqat dünya çempionu Kayl Deyk (ABŞ) sentyabrın 5-də RAF-da (Real American Freestyle) yarımağır çəkidə çempionluq titulunu qorumaq üçün Azərbaycan güləşçisi Arseniy Djioyevlə qarşılaşacaq.


Rekord.az xəbər verir ki, bu barədə RAF-ın sosial şəbəkə hesablarında məlumat yayılıb.


Bildirilib ki, Deykin rəqibi dünya çempionatının ikiqat medalçısı Arseniy Djiоyev olacaq.


Görüş ABŞ-də "Fox Nation" platformasında canlı yayımlanacaq.