Azərbaycan cüdoçularından İspaniyada 2 qızıl medal
- 17 Avq 2026 16:30
- 166
Azərbaycan cüdoçuları İspaniya Superkubokunda 2 qızıl medal qazanıblar.
Rekord.az xəbər verir ki, milli üzvləri Valensiyada keçirilən beynəlxalq təlim-məşq toplanışı çərçivəsində turnirdə qüvvələrini sınayıblar.
Zelim Tçkayev (90 kq) və Murad Fətiyev (100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.