Marko Arnautoviç DÇ-2026-nın qrup mərhələsinin I turunda İordaniya millisinə qarşı keçirilən matçda fərqlənməklə mundiallar tarixində qol vuran ən yaşlı avstriyalı futbolçu ünvanını əldə edib.


Rekord.az FIFA-ya istinadən xəbər verir ki, təcrübəli hücumçu bu rekordu 37 yaş 59 günlüyündə rəsmiləşdirib.


O, bununla da uzunmüddətli rekordu yeniləyib.


Qeyd edək ki, əvvəlki rekord DÇ-1998-də Kamerun yığmasına qarşı matçda (1:1) bərabərlik qolunu vuran Toni Polsterə məxsus idi. Futbolçu 34 yaş 93 günlüyündə fərqlənmişdi.