Arif Əsədovun "Kəpəz"ə təyinatı niyə yubanır?
- 13:00
- 47
"Kəpəz"lə Arif Əsədov arasında bir müddətdir danışıqlar getsə də, hələlik yekun razıllıq əldə olunmayıb.
Rekord.az xəbər verir ki, əslində tərəflər ilkin razılıq əldə edib.
Əsədov da "Kəpəz"də işləməyə razıdı. Lakin rəhbərliklə bağlı məsələ hələ də rəsmi şəkildə həllini tapmadığı üçün təyinat yubanır. Çünki Əsədov yeni rəhbərlə şəxsən görüşüb müəyyən məsələlərlə bağlı ondan zəmanət almaq istəyir. Böyük ehtimalla yaxın3 gün ərzində bütün suallara aydınlıq gələcək.