Argentina - Əlcəzair matçının ən yaxşı oyunçusu Messi oldu
- 12:45
- 34
Futbol üzrə dünya çempionatında Argentina və Əlcəzair yığmaları arasında keçirilən J qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
Rekord.az xəbər verir ki, argentinalıların heyətində Lionel Messi oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda (3:0) het-trik müəllifi olub.