İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda I Liqanın 23-cü turu ilə bağl aşağıdakı qərarlar qəbul edilib:

“Araz Saatlı” – “Karvan” oyununun 79-cu dəqiqəsində “Araz Saatlı” klubunun məşqçisi Zəkəray Atakişiyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Araz Saatlı” klubu 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.