"Araz Naxçıvan" əl dəyişə bilər
- 11:00
- 58
Zaur Axundov "Araz Naxçıvan"dan birdəfəlik əl çəkə bilər.
Rekord.az xəbər verir ki, buna səbəb onun maddi durumunun qaydasında olmamasıdır.
İş adamının biznesindəki işlər qaydasında getmir, kluba əvvəlki büdcəni ayırmaq iqtidarında deyil. Komandanın baş məşqçi postunun hələ də boş olması, heyətin yarısının komandanı tərk etməsi də bununla bağlıdır. Əldə etdiyimiz məlumata görə, komandanı götürmək istəyən yeni şəxs ortaya çıxarsa, Axundov "Araz Naxçıvan"ı ona təhvil verməyə də hazırdı.