AFFA növbəti mövsümdən Lökbatandakı stadionda oyunların keçirilməsinə qadağa qoya bilər.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb olimpiya kompleksinin stadionunun qazonunun istismar müddətini başa vurmasıdır.

Belə ki, bu stadiona süni qazon 2014-cü ildə döşənib. İstismar müddəti 5 il nəzərdə tutulan qazon hələ 2019-cu ildə dəyişdirilməli idi. Lakin 2020-ci ilin sonuna gəlsək də həmin qazonda oyunlar keçirilir. Lakin növbəti il üçün federasiya buna imkan vermək istəmir. Əldə etdiyimiz məlumata görə, burada ev oyunlarını keçirən “Qaradağ Lökbatan”a bununla bağlı xəbərdarlıq dsa edilib. “Neftçi” İk-nın nzədində olan komandaya xəbərdarlıq edilib ki, növbətiu mövsüm üçün bu məsələni həll etsinlər. Ya qazonu dəyişsinlər, ya da buna səlahiyyətləri çatmırsa, başqa stadion tapsınlıar.