ABŞ seçməsi DÇ-2026-nın qrup mərhələsində 8 qol vuraraq dünya çempionatları tarixindəki rekordunu yeniləyib.


Rekord.az xəbər verir ki, bu, komandanın mundiallar tarixindəki ən məhsuldar çıxışı olub.


ABŞ millisi bununla da 1930-cu ildə qeydə alınan və 2002-ci ildə təkrarlanan 7 qolluq rekordu geridə qoyub.


Qeyd edək ki, 3 oyundan sonra 6 xal toplayan ABŞ seçməsi D qrupunda 1-ci yeri tutub. Amerika təmsilçisi 1/16 finalda Bosniya və Herseqovina ilə qarşılaşacaq.