ABŞ millisinin futbolçusu La Liqa klubunda
- 13:00
- 30
"Vilyarreal" ABŞ millisinin futbolçusu Aleks Frimanı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı sualtı qayıqlar" 21 yaşlı müdafiəçi ilə 2032-ci ilə qədər müqavilə imzalayıblar.
Aleks Friman son olaraq ölkəsində "Orlando Siti" komandasında çıxış edib. O, 2025 mövsümündə 38 oyunda altı qol vurub və altı məhsuldar ötürmə edib. Milli komandada isə 13 oyunda iki qola imza atıb.