İtaliyanın “Bolonya” klubunun müdafiəçisi Qabriele Korbo yenidən MLS-ə qayıdıb.

Rekord.az xəbər verir ki, İtaliyadan olan 23 yaşlı futbolçu Kanadanın “Monreal” klubuna transfer olunub.

Tərəflər 2023-cü ilin 31 dekabrına qədər anlaşıblar. Mərkəz müdafiəçisi  daha öncə də icarə əsasında “Monreal”da forma geyinib. O, 2022-ci ilin yanvarından dekabrına qədər bu komandada 17 rəsmi oyuna çıxıb.

“Spetsiya”nın yetirməsi olan Korbo, 2018-ci ilin yayından “Bolonya”da çıxış edirdi. Müdafiəçi “Askoli”də də icarədə oynayıb.