80-ci qol
- 17:20
- 29
1-ci Liqanın başa çatan 15-ci turu yubiley qolu ilə əlamətdar olub.
Rekord.az xəbər verir ki, “Baku Sportinq”in futbolçusu İlham Allahverdiyev I Liqada (əvvəlki I divizionda) 80-ci qolunu vurub.
O, “Cəbrayıl”la səfər görüşünün (2:1) 22-ci dəqiqəsində hesabı açıb. 33 yaşlı hücumçu 80-ci qolunu 203-cü oyununda vurub.
İlham I Liqada 2012/13 mövsümündə “Qaradağ Lökbatan”ın heyətində debüt edib. İlk qolunu isə növbəti mövsümdə elə eyni komanda da vurub.
Forvard paytaxt təmsilçisində daha çox – 30 dəfə fərqlənib. İlham “Şəmkir”də 9, MOİK-də 24, “Difai”də 9, “Baku Sportinq”də 8 qola sevinib.
Qeyd edək ki, Allahverdiyevin ilk qolunu vurduğu 2013/14 mövsümündən indiyədək olan dövrdə yalnız bir futbolçu 1-ci Liqada daha çox fərqlənib. Bəhruz Teymurov bu müddətdə 94 qol vurub.