2-ci Liqa klublarının cəzası açıqlandı
- 18:40
- 34
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 18-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sheki City” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 44 nömrəli futbolçusu Müseyib Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Kür-Araz” komandası 300 manat cərimə edilib.
“Şəmkir” – “Araz Saatlı” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” komandası 300 manat cərimə edilib.
“Xankəndi” – “Ağdaş” oyunu “Ağdaş” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Ağdaş” komandası 300 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Göygöl” oyununda “Qaradağ Lökbatan” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna görə “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilib.
“Quba” – “Dinamo” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.
“Quba” – “Dinamo” oyununda “Dinamo” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilib.
“Quba” – “Dinamo” oyununun 53-cü dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Fizuli Dəmirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Dinamo” komandası 100 manat cərimə edilib.