1/4 finala yüksələn ilk komanda bəlli oldu
- 18 Mar 2026 23:00
- 33
Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.
Rekord.az xəbər verir ki, evdə Macarıstanın "Ferentsvaroş" kollektivini qəbul edən Portuqaliya təmsilçisi "Braqa" 4:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.
Xatırladaq ki, ilk matçda "Ferentsvaroş" rəqibini (2:0) üstələmişdi.
1/8 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.