
Zubirin irlandiyalı sabiq baş məşqçisi onun haqda nə dedi?
- 18 Avq 2021 16:00
- 584
"Zubirin əla tarazlığı var və hə iki ayağı ilə möhtəşəm oynayır".
Rekord.az xəbər verir ki, bunu irlandiyalı veteran futbolçu Pet Fenlon "msn.com" saytına açıqlamasında Şotlandiya "Aberdin"inin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir barədə danışarkən deyib.
2011 - 2013-cü illərdə ölkəsinin "Hibernians" klubunda mərakeş əsilli fransalı yarımmüdafiəçinin baş məşqçisi olmuş 52 yaşlı mütəxəssis Ağdam təmsilçisinin heyətində keçmiş oyunçusunu fərqləndirib.
O bildirib ki, 30 yaşlı yarımmüdafiəçinin topla rəftarı, meydanı görmə bacarığı və mövqe duyumu çox yaxşıdır: "O, sadə oynayır, futbolçuları başına yığıb, aldatmağı xoşlayır. Zubir öz mövqeyində hər kəsdən fərqlənir".
Abdullah Zubir 2013/2014 mövsümündə icarə əsasında "Hibernians"ın formasını geyinib.
"Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 17-də Bakıda, ikinci qarşılaşma isə avqustun 26-da səfərdə olacaq.